Rüfət Səfərova hücum: Polis işə qarışdı… – YENİLƏNİB

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Binəqədi RPİ əməkdaşları tərəfindən mübahisə tərəfi – 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***15.03.2023 23:54

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərova hücum edilib.

Globalinfo.az Yenipress.az-a istinadla xəbər verir ki, bu barədə o özü sosial şəbəkədə məlumat verib.

O iddia edib ki, avtomobilə əyləşdiyi zaman naməlum şəxs hücum edib və ona kəllə ilə zərbə endirib.

Bildirilir ki, R.Səfərov Binəqədi RPİ-nin 5-ci bölməsinə müraciət edib. Bakı ŞBPİ-nin əməliyyatçıları da 5-ci Polis Bölməsinə araşdırma üçün gəlirlər.

DİN-dən hadisənin araşdırılacağı qeyd edilib.