ABŞ dövlət katibi Marko Rubio Floridada ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüşün nəticələri ümumilikdə müsbət qiymətləndirilib.
Globalinfo.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Rubio qeyd edib ki, qanışıqlar mərhələsi konstruktiv keçib və tərəflər bir sıra məsələlərdə yaxınlaşma əldə ediblər.
Onun sözlərinə görə, görülməli işlər hələ çoxdur, amma bugünkü görüş kifayət qədər məhsuldar oldu və əlavə irəliləyiş əldə olundu.
Rubio qeyd edib ki, Vaşinqton məsələnin sülh yolu ilə həllinə ümidlə yanaşır, lakin real vəziyyəti də nəzərdən qaçırmır.