Ronaldo rekorda imza atdı

“Əl-Nasr” futbol klubunun hücumçusu Kriştiano Ronaldo milli komandalar səviyyəsində oyunların sayına görə mütləq rekordçu olub.

Gobalinfo.az-ın məlumatına görə, bu gün o, Avro-2024-ün seçmə mərhələsində Lixtenşteynlə oyuna Portuqaliyanında start heyətində çıxıb.

Bu, onun millidə 197-ci oyunudur. Beləliklə, K.Ronaldo küveytli hücumçu Bader əl-Mutavanın nailiyyətini (196 oyun) üstələyib.