1598f32d 53a1 3241 9d65 f6f40e06e2f0 850

Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı Apostol Sarayının Müqəddəs Pyotr meydanına baxan pəncərəsində görünməyəcək.

Globalinfo.az Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, o, soyuqladığı üçün dekabrın 22-i bazar günü Müqəddəs Marfanın Evindən möminlərə xeyir-dua verəcək.

Mərasimdən canlı yayımın təşkil olunub-olunmayacağı dəqiqləşdirilməyib.

Qeyd edək ki, dekabrın 17-də Fransiskin 88 yaşı tamam olub.

Paylaş: