Musəvi öldürüldü, Rəisi sərt təhdid etdi – İran münaqişəyə qoşulur?

Dekabrın 25-də İsrailin Dəməşqə hücumları nəticəsində SEPAH-ın daha bir əməkdaşı – İranın nüfuzlu hərbi komandirlərindən olan Seyid Razi Musəvi öldürülüb. İran Prezidenti İbrahim Rəisi onun ölümünə görə İsraili təhdid edib və bədəl ödəyəcəklərini vurğulayıb.

Bütün bunlar İranın münaqişəyə daxil olacağının göstəricisidir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, ərəb dövlətləri və İranı prosesə cəlb etməyə çalışırlar:

“Proseslər göstərir ki, dövlətlərin terror təşkilatları və ya ayrı-ayrı qruplaşmalarla mübarizəsi daha çətin olur. Bu prosesdə İsrail və havadarları mümkün qədər HƏMAS-la Hizbullahı maliyyələşdirən ölkələri münaqişəyə cəlb etmək istəyirlər. ABŞ-ın verdiyi irihəcmli yardımların məqsədi də təkcə HƏMAS-a qarşı müharibə aparmaq məqsədi daşımırdı. Lakin görünən odur ki, nə ərəb ölkələri, nə də İran müharibəyə daxil olmaq istəyir.

Xəyal Bəşirov

Proseslər paralel gedir. Çin, İran, Səudiyyə Ərəbistanı, Rusiya və Türkiyənin məsələyə cəlb edilməsi cəhdləri fərqli yanaşma ortaya qoyur.”.

Safura Bənnayeva
Globalinfo.az