Bakı bu təşkilatda Tehranı üstələdi – Şərh

“Azərbaycanın istər İkinci Qarabağ müharibəsinə qədər, istərsə də müharibədən sonra siyasi və diplomatik müstəvidə Ermənistan və onun havadarlarına qarşı uğurlu addımlar atdığının şahidi oluruq. Rəsmi Bakının beynəlxalq nüfuzu günbəgün artır. Bu isə öz növbəsində yürütdüyümüz uğurlu diplomatiya və praqmatik xarici siyasətdən irəli gəlir. 2020-ci ilin 10 noyabr kapitulyasiyası ilə bütün dünyanın diqqətinə haqlı olduğumuzu çatdırdıq”.

Bu sözləri Globalinfo.az-a politoloq Xəyal Bəşirov Azərbaycanın 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində təşkilatın Daimi Nümayəndələr Şurasının bu il üzrə keçirilən ilk iclası haqda danışarkən deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə dostlarımızın sayını artırıb:

“Xüsusilə BMT-də Qoşulmama Hərəkatında İslam Əməkdaşlıq Təşkilatında haqlı mövqeyimiz dəstəklənir. İslam əməkdaşlıq təşkilatında haqlı mövqeyimizin dəstəklənməyi xüsusi qeyd edilməlidir. Belə ki, ötən ilin mart ayında Pakistanda baş tutan İƏT xarici işlər nazirlərinin 48-ci sessiyasında Ermənistan ilə Azərbaycan arasında imzalanan yekun sülh müqaviləsinin icrası qətnamə kimi qəbul edildi.

O ki qaldı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində təşkilatın Daimi Nümayəndələr Şurasının bu il üzrə keçirilən ilk iclasına, deyə bilərəm ki, bu təşkilatda İran kimi ermənipərəst siyasət aparan ölkələr də var. Bütün bunlara baxmayaraq Azərbaycan ayrı-ayrı dövlətlərin dəstəyini hiss edib.

Tehranda bu iclasın keçirilməsi İranın mövqeyindən asılı deyil. Onu da deyim ki, təşkilat nəzdində Azərbaycanın nüfuzu İrandan daha çoxdur. İran islam dövləti olmasına baxmayaraq islam dünyası ilə münasibətləri pisdir. Bunun əksinə, bizim münasibətlərimiz isə İranda qat-qat yaxşıdır. Bu isə bizim diplomatik qələbəmizdir”.

Turan Rzayev
Globalinfo.az