Ramil Şeydayevdən hücuma məruz qalmasına reaksiya – FOTO

Azərbaycan millisi və Tailandın “Buriram Yunayted” klubunun üzvü Ramil Şeydayevin Asiya Çempionlar Liqasında “Zeyianq”la matçdan sonra zorakılığa məruz qalması barədə paylaşım edib.

Globalinfo.az xəbər verir ki, R.Şeydayev Çin klubuna mesajında “Mən hələ də burdayam, “Zeyianq”. Sadəcə ünvanı göndər” yazıb.

Qeyd edək ki, matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra hər iki klubun futbolçuları arasında kütləvi dava düşüb. Şeydayev də mübahisənin mərkəzində olub və zərbələrə məruz qalıb.