Rəisi Paşinyanın səfərini iki ölkənin inkişafında dönüş nöqtəsi adlandırdı

Ermənistan Baş nazirinin İran İslam Respublikasına səfəri iki ölkənin inkişafında dönüş nöqtəsi olacaq.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında deyib.

Rəisinin sözlərinə görə, qonşuluq siyasəti hökumətin vurğuladığı siyasətlərdən biridir və bu müddət ərzində o, Paşinyanla bir neçə görüş keçirib: “Bu görüşlərdə, xüsusən də bu səfərdə danışıqların əsas mövzusu iki ölkə arasında ticarət-iqtisadi və təhlükəsizlik əlaqələrinin inkişafıdır”.

Rəisi İranın Qafqaz regionuna həssas yanaşdığını vurğulayıb.

İran Prezidenti Qafqaz regionunda təhlükəsizlik və sülhün ölkəsi üçün çox önəmli olduğunu qeyd edib.