86700acf9dc7a659871dec077d8ac1bb

Qüds şəhərində iki gündür davam edən şiddətli yanğınların törədilməsində şübhəli bilinən 18 nəfər saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.

O, həmin şəxslərdən birinin iş başında – yanğını törədərkən saxlanıldığını bildirib. Baş nazir bunun arxasında dayanan şəxslərin məsuliyyətə cəlb ediləcəyini söyləyib.

Qeyd edək ki, genişmiqyaslı yanğınlar səbəbindən çox sayda əhali ərazidən təxliyə edilib, yollarda uzun tıxaclar yaranıb. Yanğınların söndürülməsinə dəstək üçün Azərbaycandan və bir neçə başqa ölkədən yardım istənilib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: