Bu gün Qubadlı şəhərinin və 16 kəndin Ermənistanın işğalından azad edilməsindən beş il ötür.
Globalinfo.az xatırladır ki, Azərbaycan ordusu 44 günlük Vətən müharibəsinin 25 oktyabr tarixində Qubadlı şəhəri ilə yanaşı, digər rayonlar üzrə də bir sıra məntəqələri işğaldan təmizləyib.
Həmin tarixdə Zəngilanın Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri, Cəbrayılın Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu kəndləri işğaldan azad olunub.
Qubadlı rayonu üzrə Qubadlı şəhərindən əlavə, digər kəndlərdə də erməni işğalına son qoyulub.
Belə ki, ordumuz Qubadlının Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini öz əsl sahibinə – Azərbaycana qaytarmağa nail olub.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı şəhəri günü kimi qeyd edilir.