qb 1

Qubada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 15 nəfərin kimliyi məlum olub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, yaralılar Quba rayon sakinləri – 1978-ci il təvəllüdlü Ağazadə Arzu Arif qızı, 1990-cı il təvəllüdlü Əlisultanov Tural İlham oğlu, 1971-ci il təvəllüdlü Hacıyeva Aliyə Böyükağa qızı 2001-ci il təvəllüdlü Paşayev Kamal Mübariz, 1963-cü il təvəllüdlü Yunusova Gülarə Hüsyinbala, 2001-ci il təvəllüdlü Kamalov Elmar Məhəmməd oğlu, 1979-cu il təvəllüdlü Səfərəliyeva Gülbikə Bayram qızı, 1967-ci il təvəllüdlü Məmmədova Pərvanə Sədrəddin qızı, 1987-ci il təvəllüdlü Əlisultanova Gülnar Arif qızı, 2003-cü il təvəllüdlü Əhmədov Sərxan Ruslan qızı, 1962-ci il təvəllüdlü Gülbalayeva Qənilə Xanbala qızı, 1957-ci il təvəllüdlü, Mirişova Əzimə Həbib qızı, 1963-cü il təvəllüdlü Rüstəmova Zenfira Məmmədşah qızı, Xaçmaz rayon sakinləri – 1965-ci il təvəllüdlü Əmrahov Elsevər Davud oğlu, 1980-ci il təvəllüdlü Xasiyeva Rəvanə Azadə qızıdır.

Xəsarət alanların hamısı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***11:50

Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 14 nəfər (9-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Bu barədə Globalinfo.az-a xəstəxanadan bildirilib.

Məlumata görə, xəsarət alanların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Onlardan 8 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Qeyd edək ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***10:53

Avqust 29-da saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Globalinfo.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Qeyd edək ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***10:22

Qubada baş verən yol qəzasında xəsarət alanların sayı 12-yə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

***09:13

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mersedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş: