Sərhəddə son atışma: Qriqoryan hadisə ilə bağlı mesaj verdi

“Ermənistan Rusiyaya qarşı düşmənçilik addımları atmır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O Bildirib ki, KTMT Ermənistanın beynəlxalq səviyyədə qəbul olunan sərhədlərini tanımır. Rusiya ilə Avropa İttifaqı arasındakı əsas fərq məhz budur.

“Biz Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərini özündə cəmləşdirən Almatı Bəyannaməsini əsas kimi qəbul edən bütün tərəfdaşlarla danışıqlar aparırıq.

Sadəcə alternativlər axtarırıq. Rusiyada bəzən dolayı vəya açıq şəkildə bacarmadıqlarını, məşğuluq olduqlarını deyirlər. Ermənistan isə öz təhlükəsizliyini təmin etməyə çalışır. Burada hansı düşmənçilik elementləri var?”, – Qriqoryan vurğulayıb.

Armen Qriqoryan Nerkin-And kəndində yerləşən sərhəd zastavasında Rusiya sərhədçilərinin olduğunu bildirib.

“Onlar Ermənistanın təhlükəsizliyini təmin etmək üçün oradadırlar. Sənədlərə görə, Rusiya Ermənistanın təhlükəsizlik sahəsində tərəfdaşıdır. Bəlkə də indi bunu qəbul etmirlər və əsası 1990-cı illərdə qoyulmuş mexanizm heç işləmir”.

Əliyar Xəlil
Globalinfo.az