fba9015509d182431cb6d87a48cc257f

Rusiya Sakit Okean Donanması bölgədə qeyri-adi bir manevr edib.

Globalinfo.az-ın məlumatına görə, bu barədə Çinin “Sohu” nəşri məlumat yayıb.

Çinli jurnalistlərin bildirdiyinə görə, Britaniyanın “HMS Prince of Wales” təyyarədaşıyan gəmisinin Hind-Sakit Okean bölgəsində peyda olması ciddi reaksiyalara səbəb olub. Onlar qeyd edirlər ki, Londonun bu addımı həm Çinə təzyiq, həm də öz geosiyasi iddialarını nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir.

Lakin regiondakı balans gözlənilmədən dəyişib. Əvvəlcə Çin donanmasının “Şandunq” aviadaşıyıcı qrupu təlimlərini dayandıraraq Cənubi Çin dənizinə dönüb. Ardınca isə Rusiya donanması manevrlərini gücləndirib və fəallığını artırıb.

“Sohu” ekspertlərinin fikrincə, bu, bölgədəki geosiyasi gərginliyin artdığını və böyük güclərin qarşılıqlı addımlar atdığını göstərir.

Tahir Turan 
Globalinfo.az

Paylaş: