Separatçı “prezidentlər”lə görüş keçiriləcək? – Cavab

Qarabağda saxlanılaraq Bakıya gətirilən qondarma rejimin “prezidentləri” və separatçılıqda ittiham edilən şəxslərlə görüş keçirilməsi üçün Azərbaycanla müzakirələr aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin sözçüsü İlahə Hüseynova bildirib.

O deyib ki, bununla bağlı müraciətlər var.

Həmin şəxslərin ailələri ilə əlaqə saxlamasına dair erməni mediasında yayılan məlumatlara cavab olaraq bildirilib ki, bu əlaqə BQXK vasitəsilə təmin edilməyib.

Ayşən Mustafa
Globalinfo.az