Gəncədə dava zamanı gənc oğlanı bıçaqlayan şəxs tutulub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***19:57
Gəncədə kütləvi dava olub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, şəhər sakini 2003-cü il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə, 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü S.Huseynova və 1985-ci il təvəllüdlü A.İsmayılova digər xəsarətlərlə xəstəxanaya yeləşdirilib.
Onlara ilkin tibbi yardım edilib.
İlkin məluamata görə, ailələr arasında qız qaçırmaq istəyən zaman dava düşüb. Bu zaman 3 nəfər döyülüb, bir nəfər bıçaqlanıb.
Fakt araşdırılır.