bob menendez

Bu Senator Bob Menendezdir – ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri. Mütəmadi olaraq Azərbaycana qarşı qərəzli çıxışlar edir. 1 ay öncə onun erməni əslilli həyat yoldaşı cəmi bir gündə 400 min dollar dəyərində qızıl külçələri nağdlaşdırıb. 2 gün öncə isə o ABŞ senatında Azərbaycana qarşı qərəzli dinləmə təşkil edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

V.Bayramov qeyd edib ki, senator çıxışlarında Ermənistanın barbarlığından söz açmayıb:

“Amma o komitə dinləməsində “deməyə unudub” ki, Azərbaycanın 7 rayonu Ermənistanın 30 illik işğalı müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilib. O “deməyə unudub” ki, Ermənistan işğalına görə mən də daxil olmaqla 1 milyona yaxın məcburi köçkün uzun illər çadırlarda, yataqxanalarda və yarıtikililərdə yaşamağa məcbur olub. O “deməyə unudub” ki, Qarabağ Azərbaycandır və o bölgəmizdə yaşayan ermənilər yolu blok etdikləri üçün Bakıdan Xankəndiyə göndərilən 40 ton un 19 gündür Ağdamda gözləyir. O “deməyə unudub” ki, 30 ildən çoxdur Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasındakı quru yol əlaqəsi Ermənistan tərəfindən bağlandığı üçün o bölgəmiz üç dekadadır blokada şəraitində yaşayır. Senator çox həqiqətləri deməyi “unudub”. Amma bu “unutqanlıq” ABŞ-ın regiondakı maraqlarına ciddi zərbə vurur”.

Paylaş: