Qəzza zolağından İsrail ərazisinə dörd raket atılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin teleqram kanalında məlumat verilib.
“Qəzza zolağından İsrailə doğru dörd raket atılıb. Raketlərdən biri İsrail Müdafiə Ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, digər üçü isə açıq əraziyə düşüb”, – deyə məlumatda bildirilir.
***
İsrail ordusu Qəzza zolağına zərbələr endirir.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin “Telegram” kanalında məlumat verilib.
“İsrail Müdafiə Ordusu hazırda Qəzza zolağına zərbələr endirir”, – deyə məlumatda bildirilir.