44

ABŞ Qəzza zolağında beynəlxalq qüvvələri dəstəkləmək üçün İsrailə 200-dək amerikalı əsgər göndərmək variantlarını araşdırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

“Mülki-Hərbi Koordinasiya Qrupu” adlanan təşəbbüs Qəzzada daxili təhlükəsizlik problemlərinin uzunmüddətli həll yollarına diqqət yetirəcək, humanitar yardım axınını dəstəkləyəcək. Hərbi heyət yaxın vaxtlarda İsrailə gəlməyə başlaya bilər”, – deyə bildirilib.

Qeyd olunub ki, amerika hərbçiləri iki tərəf arasında münaqişənin aradan qaldırılması mexanizmində iştirak edəcək:

“Mahiyyətcə hər iki tərəfin təhlükəsizlik sazişlərinin öz hissəsinə əməl etməsini təmin edəcək”.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Ağ Evin təklif etdiyi sülh planının birinci hissəsini imzaladığını açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: