Qəzada həlak olan hərbçimiz dəfn edildi

Ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nihad Namazov Tovuzda dəfn edilib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, 2005-ci il təvəllüdlü əsgər Nihad Namazovun nəşi doğulduğu Qovlar şəhərindəki yaşadığı evə gətirilib. Vida mərasimindən sonra şəhid hərbçi Qovlar şəhər qəbiristanlığında dəfn olunub.

Mərasimdə hərbiçilər, İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun hər 3 hərbi qulluqçusuna şəhidlik statusu veriləcək.

Ötən gün qəzada həlak olan hərbçi Tovuzda dəfn edilibÖtən gün qəzada həlak olan hərbçi Tovuzda dəfn edilib

***11:43

Dünən çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nihad Kamrəddin oğlu Namazovun nəşi Tovuz rayonunun Qovlar şəhərinə gətirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Nihad Namazovun nəşi artıq yaxınlarının yaşadığı evə gətirilib, onunla vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rəsmilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edirlər. Vida mərasimindən sonra Nihad Namazov Tovuz rayon Qovlar şəhər qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, N.Namazov iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdı, 18 yaşı var.

Xatırladaq ki, sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu da həlak olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, onların hər birinə şəhidlik statusu veriləcək.