Qənirə Paşayevanın vəzifəsinə o seçildi – FOTO

Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupa yeni sədr seçilib.

Globalinfo.az xəbər verir ki, Milli Məclisin mayın 24-də keçirilən iclasında deputat Kəmaləddin Qafarovun sədrlik üçün namizədliyi irəli sürülüb.

Məsələ “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb və səsverməyə qoyulub.

Deputat Kəmaləddin Qafarovun sözügedən vəzifəyə namizədliyi təsdiqlənib.

Kəmaləddin Qafarov

Ayşən Mustafa
Globalinfo.az