WhatsApp Image 2023 04 15 at 10.34.26

Tovuzda qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qəbiristanlıqlardan silsilə oğurluq etməkdə şübhəli bilinən rayon sakini Mehman Hüseynov saxlanılıb. Araşdırmalar zamanı həmin qəbiristanlıqlardakı mərmər sexlərinin birində işləyən M. Hüseynov cari ilin müxtəlif vaxtlarında 15-ə yaxın qəbir daşının yanındakı mərmər güldanları oğurlayaraq digər mərmər sexlərinə satıb.

Şübhəli şəxsin anoloji cinayətlər törətməsi istisna olmadığında faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

WhatsApp Image 2023 04 15 at 10.34.26 2 WhatsApp Image 2023 04 15 at 10.34.26 1 WhatsApp Image 2023 04 15 at 10.34.25

Paylaş: