Qəbələdə polis yeniyetmə oğlanı döyüb? – AÇIQLAMA

Qəbələnin Vəndam qəsəbəsində polisin yeniyetməyə şiddət göstərdiyi anı əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan videoda polis əməkdaşının yeniyetmə oğlanı döydüyü görünür.

Globalinfo.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov polis nəfəri ilə vətəndaş arasında olan insidentin araşdırıldığını bildirib:

“Hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.