69b41af7abe7269b41af7abe73177341106369b41af7abe7069b41af7abe71 11

İran Səudiyyə Ərəbistanı və Qətərdə neftqaz infrastrukturuna zərbələr endirib. 

Globalinfo.az xəbər verir ki, Qətərin Ras-Laffan limanı– dünyanın ən iri maye qaz ixracı mərkəzlərindən – hədəflərdən biri seçilib. Qeyd edək ki, tankerlər məhz bu liman vasitəsilə Asiya və Avropaya yanacaq daşıyırlar.

Hücumlar nəticəsində ərazidə güclü yanğın baş verib. Əhəmiyyətli ziyan qeydə alınıb.

Ekspertlər hesab edirlər ki, bu, dünya bazarında qiymətlərin 50 faiz artmasına səbəb ola bilər. Bu da birbaşa olaraq Avropa İttifaqı ölkələri və Şərqi Asiyaya, yəni Qətər qazından asılı regionlara təsir edəcək.

Bundan başqa, Səudiyyə Ərəbistanına da zərbələr endirilib. Müdafiə Nazirliyinin məlumatına görə, ölkəyə dörd ballistik raket atılıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: