Qətər Türkiyəyə 10 min konteyner göndərir

Qətər Türkiyəyə 10 min konteyner göndərəcək.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə – Qətər Qardaşlıq Konteyner Şəhərciyi”nə ziyarəti zamanı bildirib.

O qeyd edib ki, min konteyner artıq Türkiyəyə çatıb, yaxın zamanda isə daha 4 min konteynerin göndərilməsi gözlənilir.