Bu gün Laçın dövlət sərhəd buraxılış məntəqəsindən 9 nəqliyyat vasitəsinin keçidi təmin olunub.
Globalinfo.az xəbər verir ki, BQXK- nə məxsus 8 minik, 1 təcili tibbi yardım Gorus-Xankəndi istiqamətində maneəsiz keçid edib.
Ümumilikdə Laçın dövlət sərhəd buraxılış məntəqəsindən bu gün 28 şəxsin keçidi təmin olunub.
***14:03
Avqustun 9-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən (SBM) növbəti sərbəst keçidi təmin edilib.
Globalinfo.az bildirir ki, bununla bağlı görüntülər Caliber.Az-ın yaydığı yeni videokadrlarda əks olunub.
Videogörüntülərdə mülki şəxslərin sənədlərinin və baqajlarının yoxlanılması prosesi əksini tapıb. Yoxlandıqdan sonra onların sərhəd-buraxılış məntəqəsindən sərbəst keçməsi təmin edilib.
Bu videokadrlar Qarabağ ermənilərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir: