Qarabağdan bundan sonra nə olacaq? – “Ermənilər buna ümid etməməlidir”

“Ağdam-Xankəndi yolunun açılması Laçın yolundan istənilən yüklərin daşınması anlamına gəlməməlidir”. 

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 18 sentyabrdan Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarının açılmasına münasibətdə bildirib.

Politoloq qeyd edib ki, təzyiq davam etməlidir:

“Hər iki yoldan çatdırılması planlaşdırılan və bizə aid olmayan yüklərin gömrük və laborator yoxlanışı həyata keçirilməlidir. Qarabağ ermənilərinə Ermənistanın pul vahidinin və yanacağın keçirilməsinə icazə verilməməlidir. Bu ikisi olmadan erməni separatçıları işğal altındakı bölgəni idarə edə bilməyəcəklər. Qarabağ erməniləri qanunlarımıza tabe olmayana qədər təbii qaz və elektrik problemlərinin həll olunacağına da ümid etməməlidirlər”.