6aad694f5040d6aad694f5040e17897495836aad694f5040b6aad694f5040c 5

Antiterror əməliyyatının iştirakçısı Kamal Cavadlı Ağdərədə döyüşlər zamanı yaddaşına həkk olunan hadisələrdən danışıb.

Globalinfo.az AzTV-yə istinadən bildirir ki, onun sözlərinə görə, ən yaddaqalan epizodlardan biri kənddə axtarış apararkən baş verib:

“Ən çox yaddaşımda qalan epizod biz kənddə axtarış apararkən baş verdi. Bu ərazidə düşmənin terrorçu bölmələri var idi. Ərazini zərərsizləşdirdikdən sonra evin içərisindən yaşlı bir qadının qışqırığını eşitdik.

Evə daxil olanda yaşlı bir qadını çarəsiz vəziyyətdə, çarpayıda uzanmış halda gördük. Doğmaları onu atıb getmişdilər”.

“Narahat olma. Bizim sizinlə, mülki camaatla işimiz yoxdur. Biz sənə heç nə etməyəcəyik. Səni aparacağıq, müalicə etdirəcəyik”, – dedik.

Paylaş: