“Qarabağ” və “Qalatasaray”dan qarşıdakı oyunla bağlı açıqlama – FOTO

“Qarabağ” və “Qalatasaray” arasında yoldaşlıq oyunu keçiriləcək.

Globalinfo.az bildirir ki, bunu hər iki klubun mətbuat xidməti açıqlayıb.

Görüş martın 26-da baş tutacaq. Matç Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azərbaycan çempionunun Türkiyənin ən titullu klubu ilə qarşılaşması saat 20:00-da başlayacaq. Bu oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.