Qarabağ Universiteti ilə bağlı yeni xəbər

Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün Elm və Təhsil Nazirliyinin tərkibində müxtəlif səviyyələrdə işçi qrupları yaradılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

“İşçi qrupları müvafiq istiqamətlərdə fəaliyyət göstərirlər. Bununla bağlı hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə açıqlanacaq” – Agentlik bildirib.

Qeyd edək ki, Qarabağ Universitetinə rektor təyinatı olmayıb.