Qarabağda uduzmağımızın iki səbəbi budur – Liparityan

“İkinci Qarabağ müharibəsi Ermənistanda hökm sürən yanlış dəyərləndirmə və özünüaldatma sayəsində reallaşdı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sabiq müşaviri Jirayr Liparityan deyib.

“Çoxlu səbəb tapmaq olar, amma əsas məsələ odur ki, biz maksimalizmin vətənpərvərliyə bərabər olduğu əhvali-ruhiyyədə idik. Burada reallıqları qəbul etmək çətin idi. Biz düşməni dəyərləndirə bilmədik, əksinə, inandıq ki, azərbaycanlılar vətənpərvər deyil və Qarabağ onları maraqlandırmır. Biz inandıq ki, müharibə olacağı təqdirdə qələbə qazanacağıq, amma özümüzü aldatdıq”, – o bildirib.

Liparityan Ermənistanın Aprel savaşından nəticə çıxarmadığını söyləyib. O, məhz bu döyüşlərdən sonra dünyanın ermənilərin tərəfində olmadığının ortaya çıxdığını qeyd edib:

“Ermənistan inanmaq istəyirdi ki, Fransa bizə kömək edəcək, ABŞ dostumuz, Rusiya müttəfiqimizdir. Bəli, Rusiya müttəfiqimizdir, amma əsasən Türkiyəyə qarşı”.

İlkin Həsənov
Globalinfo.az