Qarabağ Azərbaycana bu planla veriləcək – Aşotyan

“Nikol Paşinyan Minsk Qrupunun həmsədr ölkələri ilə ayrı-ayrı danışıqlara getməməli idi”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan çıxış edib.

O, hazırda güclərin Paşinyanı öz təsir sferalarına salmağa çalışdıqlarını bildirib:

“Paşinyanın avantüra çarxına düşmüşük və ortada erməni xalqının taleyi dayanır. Artıq hər kəsə aydındır ki, Nikol Qarabağın özünümüqəddəratını təyinatından imtinaya hazırdır  və hətta bu məsələni gələcəyə saxlamaq niyyəti belə yoxdur. Qərb tərəfi Rusiyadan fərqli olaraq taktiki hiylə işlətmək imkanına malikdir, ona görə də iki sima – Brüssel və Vaşinqton formatları ilə təmsil olunur. Məsələ ondadır ki, Paşinyanın Fransanı Brüssel formatına cəlbi ilə bağlı israrı Qərb formatlarından birindəki uğursuzluğun digər formatda razılaşmanın irəlilədilməsinə maneə yaradılmamasına gətirib çıxarıb. Bunun da nəticəsində Rusiyanın Cənubi Qafqazdakı təsiri kəskin şəkildə azalmalıdır. Brüssel formatının ən pis prinsipi Qarabağın Azərbaycanın tərkibinə Bakı-Xankəndi dialoqu altında daxil edilməsidir”.

İlkin Həsənov
Globalinfo.az