“Qalatasaray”ın prezidenti İlham Əliyevə hədiyyələr təqdim etdi- FOTO

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunundan öncə “Qalatasaray”ın prezidenti Dursun Özbək Azərbaycan Prezidenti İlham Əliyevə klubun formasını hədiyyə verib.

Globalinfo.az xəbər verir ki, Dursun Özbek dövlət başçısına komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini tədqim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyununa baxıblar.

Matç “Qalatasaray” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.

***20:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda xeyriyyə məqsədilə keçirilən oyun üçün səfərdə olan Türkiyənin “Qalatasaray” futbol klubun prezidenti Dursun Özberklə görüşüb. 

Globalinfo.az xəbər verir ki, görüşdə klubun vitse-prezidenti Erden Timur da iştirak edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti “Qarabağ” və “Qalatasaray” klubları arasında keçirilən qardaşlıq oyununu hazırda canlı izləyir.

Image