putin pasinyan

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan danışıqları səhər yeməyi formatında davam etdirəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Paşinyan bu gün işgüzar səfərlə Moskvada olacaq və əvvəlcə Rusiya–Ermənistan danışıqları keçiriləcək.

Daha sonra iki lider müzakirələri təkbətək formatda, səhər yeməyi zamanı davam etdirəcəklər.

Kremlin mətbuat xidmətinin daha əvvəl yaydığı məlumata əsasən, görüşdə ikitərəfli məsələlər, eləcə də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafı müzakirə olunacaq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: