Putinin Polşa təhdidi: “Vaqner” vasitəsi ilə…

“Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Polşaya qarşı ərazi iddiaları irəli sürməsi, bu ölkəyə qarşı hərbi təcavüz planından irəli gəlir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiyanın Polşaya qarşı hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər hərbi resursu yoxdur:

Məhəmməd Əsədullazadə

“Təbii ki, Belarus və “Vaqner” vasitəsilə bunu reallaşdıra bilər. Amma Polşa NATO üzvüdür, bu ölkəyə qarşı hərbi əməliyyatlar keçiriləməsi, birbaşa NATO müharibəyə qoşulması deməkdir.

Amma Rusiya bunu “Vaqner” vasitəsilə həyata keçirə bilər. Çünki, Vaqner muzdlu hərbi birləşməsi, rəsmi deyil və Polşaya qarşı hərbi əməliyyatlara başlaya bilər. V. Putinin Polşaya qarşı aqressiyası Ukraynaya hərbi dəstəyin verilməsi və Şərqi Avropada Varşavanın artan siyasi çəkisidir. Şərqi Avropa yeni bir müharibənin astanasındadır. V. Putinin Polşaya hərbi müdaxiləsi isə özünün hakimiyyətinin sonu ola bilər”.

Turan Rzayev
Globalinfo.az