Putinin neçə “dublyor”u var? – Peskovdan açıqlama

“Bizdə yalnız bir Putin var”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin “dublyorları” olması ilə bağlı iddialara cavabında deyib.

“Bilirsiniz, yəqin ki, Prezident Putinin neçə oxşarı olması barədə müxtəlif Teleqram kanallarında oxuyursunuz, elə deyilmi? Ekspertlər isə təxmin edirlər: bunlar ya 3-dür, ya da 4. Bizdə yalnız bir Putin var”, – Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi onu da qeyd edib ki, Vladimir Putin son vaxtlar xarici səfərlərə o qədər də tez-tez getmir.

Dmitri Peskov qeyd edib ki, bəzi səfərlərdən imtina etməliyik, çünki məlum səbəblərə görə Rusiya Federasiyasının prezidentinin ölkə daxilində çox işi var.