Putinin İrəvana zənginin detalları: Paşinyan qərarını dəyişdi

“Ermənistanın BRİKS və MDB toplantısında iştirak edəcəyini açıqlaması onun Rusiya oxuna geri dönməsinin göstəricisidir”.

Globalinfo.az xəbər verir ki,bu barədə “Hraparak” nəşrinin məqaləsində qeyd olunur.

Nəşr yazır ki, bəzi siyasi dairələr Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ilə bağlı Baş nazir Nikol Paşinyana  zəng etməsindən sonra onun ritorikası dəyişdiyini düşünür. Paşinyanla telefon danışığından sonra Putinin təkrar Bakıya zəngi, bundan bir neçə gün sonra isə demarkasiya komissiyaları arasında sənəd imzalanması diqqət çəkib.

İrəvanın BRİKS və MBD toplantılarında iştirak qərarı verməsinin də Rusiya prezidentinin zəngi ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, BRİKS-in iclası oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Ayşən Mustafa
Globalinfo.az