“Prezident administrasiyası rəhbərinin keçmiş müavini Dmitri Kozakın Rusiya Prezidenti Vladimir Putinə yazdığı iddia edilən məktub barədə məlumat yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr. Heç nə məlum deyil”, – o bildirib.
İstefadan az əvvəl Kozakın Vladimir Putinə şəxsi məktub göndərdiyi və Ukraynaya qarşı müharibənin başlanması qərarını sərt şəkildə tənqid etdiyi yazılmışdı.
Qeyd edək ki, sentyabrın 18-də vəzifədən uzaqlaşdırıldıqdan sonra D.Kozak tez-tez ölkədən kənara çıxmağa başlayıb, o cümlədən İsrailə səfərlər edib.
Xatırladaq ki, o, Putinin ən yaxın müttəfiqlərindən biri olub, ona görə də Rusiya lideri onun işdən çıxarılması barədə qərarını şəxsən verib.
Əliyar Xəlil
Globalinfo.az