Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirildi

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı yaradılan komissiyanın sayca dördüncü iclası keçirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Komissiyanın iclası Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə baş tutub.

İclas zamanı sərhədlərin demarkasiyası ilə bağlı müzakirələr davam etdirilib, bir sıra təşkilati məsələlər həll olunub.

Müzakirələrin davam etdirilməsi baxımından komissiyanın növbəti iclası üçün yer və zamanın dəqiqləşdirilməsi barədə razılıq əldə olunub.

Ayşən Mustafa
Globalinfo.az