Putinin adamı: “Azərbaycandan qaz tədarükü artırılmalıdır”

Azərbaycandan Avropaya qaz tədarükü artırılmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Antalya İqtisadiyyat Sammitində çıxışı zamanı Almaniyanın eks-kansleri Gerhard Şröyder deyib.

Onun sözlərinə görə, gələcəkdə Cənub Qaz Dəhlizinin buraxılış qabiliyyətinin 31 milyard kubmetrə qədər artırılmasına dair razılaşma var, amma bunun icrası üçün bütün tərəflərin iradəsi və səyləri lazımdır:

“2020-ci ildən bu yana Azərbaycandan Avropaya təbii qaz tədarükü ilə bağlı böyük iş görülüb. Boru kəmərinin buraxılış qabiliyyətinin artırılması Türkiyənin enerji qovşağı kimi rolunun güclənməsində böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Şröyder Avropada daha çox Rusiyanın təbliğatçısı kimi tanınıb. O, uzun illər “Qazprom”un lobbiçiliyini etməklə yanaşı “Şimal axını 2” boru kəmərinin əsas dəstəkçisi olub.

İlkin
Globalinfo.az