“Qərb Zelenskini danışıqlara qadağaları aradan qaldırmağa məcbur etməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Rusiya ilə danışıqlara qadağa və Kiyev hakimiyyətinin qeyri-legitimliyi mümkün əlaqələri dəyərdən salır.
“Məlumdur ki, Zelenski hələ legitim dövlət başçısı olanda danışıqları qadağan edən fərman vermişdi. Belə bir qadağanın olması mümkün danışıqların nəticələrini qeyri-legitim edir. Üstəlik, Ukrayna rəhbərliyinin özü də hazırda qeyri-legitimdir. Bu vəziyyət hüquqi ziddiyyətlərlə doludur və danışıqların istənilən nəticəsini dəyərdən salacaq. Kiyev NATO-ya qoşulmaq, demilitarizasiya və denazifikasiyanı həyata keçirmək niyyətlərindən imtina etməli, həmçinin bloklara qoşulmamalıdır. Eyni zamanda Rusiyaya qarşı sanksiyalar da ləğv olunmalıdır”, – deyə Putin vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az