Putindən fərqli Yeni il təbriki – VİDEO

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi Yeni il təbriki ilk dəfə olaraq Kreml fonu qarşısından lentə alınmayıb. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, çıxış sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, Putin hərbçilərin qarşısında dayanaraq ölkə əhalisini 2023-cü ilijn gəlişi münasibətilə təbrik edib.

Putinin sözlərinə görə, Rusiya 2022-ci ildə tam suverenlik əldə etmək və cəmiyyətin birləşməsi istiqamətində mühüm addımlar atıb. Rusiya lideri ötən ilin gələcəyin təməlinin qoyulduğu il olduğunu deyib.