Putindən ermənilərə məxfi tapşırıq: Bakının düşməni yeni qruplaşma yaradır

Moskva Ukraynanın işğal edilmiş ərazilərindəki həbsxanaları Armen Qorlovski ləqəbi ilə tanınan erməni kriminal avtoritet Armen Sərkisyana tapşırıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.

Məlumata görə, Sərkisyanın qarşısına yeni özəl hərbi şirkət yaradılması tapşırığı qoyulub ki, buraya da həbsxanalardan nümayəndələr toplanmalıdır.

Yeni şirkətin “Vaqner”ə alternativ olacağı və “Putinin aşpazı” kimi tanınan Priqojinin qruplaşmalarının dominantlığı tam ələ keçirməməsinə çalışacağı bildirilib. Rəsmi Kiyev yeni özəl hərbi şirkətin erməni milyarder Samvel Karapetyan tərəfindən maliyyələşdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Samvel Karapetyan dünyanın ən zəngin ermənisi sayılır. İrəvanda geniş yatırımlara sahib olan Karapetyan həm də ölkədə Moskvanın nəzarətini qeyri-rəsmi həyata keçirənlərdən biridir. Milyarder Bakının qara siyahısındadır və ona qarşı Azərbaycanda cinayət işi açılıb.

İlkin
Globalinfo.az