Rusiya qışda Avropaya əlavə həcmdə qaz tədarük etməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi”nin plenar iclasında çıxışında bildirib.
“Əgər biz avropalılarla “Şimal axını 2”-nin sağ zədələnməmiş qolu vasitəsilə qaz tədarük etmək barədə ümumi qərara gəlsək, hansı ki, onun qaz tutumu 27,5 milyard kubmetrdir, bu da Avropanın bütün qaz idxalının təxminən 8%-ni təşkil edir, Rusiya bu tədarükə başlamağa hazırdır. Top Avropa İttifaqının tərəfindədir. İstəsələr, qoy kranı açsınlar və bu qədər…”- deyə Putin vurğulayıb.