Rusiya Prezidenti Vladimir Putin qondarma Cənubi Osetiya ilə imzalanmış “hərbi-texniki əməkdaşlığın inkişafı barədə müqavilə”ni ratifikasiya üçün Dumaya təqdim edib.
Globalinfo.az xəbər verir ki, sənəd artıq Dumanın məlumatlar bazasına yerləşdirilib.
Qeyd edək ki, Rusiya ilə Cənubi Osetiya arasında bu müqavilə 2023-cü ilin 23 avqustunda Tsxinvalidə imzalanıb. O zaman müqaviləni qondarma rejim tərəfindən imzalayan Alan Qaqloyev Cənubi Osetiyanın özünü rus dünyasının bir hissəsi kimi hiss etdiyini və Rusiyanın tərkibində olmağa can atdığını demişdi.
Bundan öncə Gürcüstanın boz kardinalı sayılan Bidzina İvanişvili Cənubi Osetiya ilə bağlı pozitiv bəyanatlar verib. O, oktyabr seçkisindən sonra 2008-ci il müharibəsinə görə osetinlərdən üzr istəyəcəklərini və Saakaşvilini cəzalandıracaqlarını bildirib.
Əliyar Xəlil
Globalinfo.az