simonyan 1

Rusiya Ermənistana ixrac olunan qazın qiymətini artırarsa, həm KTMT-dən, həm də Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə Moskvanın İrəvana qazı Avropadan ucuz qiymətə satması ilə bağlı sözlərinə münasibət bildirib:

“Artıq illərdir malların və qazın qiymətinin müəyyən olunması ilə bağlı danışıqlar aparılır. Rusiya qiyməti qaldırarsa, iki ittifaqdan da çıxacağıq. Lakin bunun baş verəcəyini düşünmürəm, çünki liderlər arasında söhbət yaxşı keçib”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: