Priqojinin ölümü: əmri Putin verib, yoxsa?.. – SENSASİON DETALLAR

“Vladimir Putinin hakimiyyətdə olduğu 23 ildə ona ən ağır şilləni keçmiş dostu Priqojin vurdu, qiyam qaldırdı, iki şəhəri müqavimətsiz ələ keçirdi, ordu donub qaldı, onu elə gül-çiçəklə qarşılayıb yola saldılar”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Elxan Şahinoğlu

“Rusiya prezidenti görüntü yaratdı ki, guya keçmiş dostunu bağışlayıb. Priqojin müxtəlif yerlərdə peyda olurdu. Ancaq hər dəfəsində deyirdim və yazırdım ki, Vladimir Putin ona qarşı çıxanları heç zaman bağışlamır. Putin Priqojini də illər öncə Londonda ağır maddələrlə zəhərlədiyi digər keçmiş düşməni Litvinenkonun yanına göndərdi”, – politoloq qeyd edib.

Fuad Çıraqov

Politoloq Fuad Çıraqov isə deyib ki, bu, elita daxilində qarşılıqlı inamsızlığı artırır.

Əgər Priqojin həqiqətən öldürüldüsə:

1. Uzun illərdən bəri rus siyasi elitasında öldürülən ilk şəxsdir. Son 50 ildə SSRİ/Rusiya tarixində elitalar arasında hətta ən ciddi qarşıdurmalar zamanı çox nadir kimsə öldürülüb. Müəyyən toxunulmazlıqla bağlı konsesus vardı, həbs edilə bilərdi, təqib edilə bilinərdi amma həyat bir qırmızı xətt idi. Bu cür banal və kobud şəkildə ilk dəfədir. Səhv etmirəmsə, general Lebedev olub. Nemtsovun öldürülməsi də bir qırmızı xətt idi, ancaq o hər halda deyək ki, müxalif idi.

2. Bu, elita daxilində qarşılıqlı inamsızlığı artırır. Heç kim əldə ediləcək vədlə gələcəkdə həyatını qarantiya edilə bilinməyəcəyi nəticəsinə gələcək. Ona görə mübarizə daha amansız “ya sən onları ya da onlar səni” prinsipi ilə gedəcək.

3. Bu cür öldürülmə acizlikdir. Hakimiyyət o zaman güclü görünərdi ki, həbs edilib uzun müddət içəridə saxlanardı, ya da elə qiyam vaxtı yerindəcə öldürülərdi. Daha görüşüb razılıq əldə edilib sonra öldürülməzdi.

Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa uçduğu bildirilən şəxsi “Embrayer” təyyarəsinin Tver vilayətində qəzaya uğraması nəticəsində göyərtədə olan 10 nəfərin hamısının öldüyü vurğulanır. Sərnişinlər arasında Yevgeni Priqojinin də adı var.

Globalinfo.az