Putin-Paşinyan görüşü: Nəqliyyat arteriyalarının açılmasını müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla nəqliyyat arteriyalarının açılmasını və böhranlı vəziyyətin nizamlanması məsələsini müzakirə etdiyini bildirib.

Bu barədə Rusiya Prezidenti İrəvanda Paşinyanla ikitərəfli görüşdə bildirib.

“Biz sizinlə görüşəndə, ​​hələ maşında gedəndə regional məsələləri, o cümlədən regionda nizamlanma məsələlərini müzakirə etdik, nəqliyyat arteriyalarının açılmasından danışdıq”, – deyə Putin qeyd edib.

***

İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Putin KTMT sammitində iştirak etmək üçün bu gün Ermənistana səfər edib.