Putin görün nələr etdi – Blinken 5 maddə saydı

 

Rusiyanın Ukraynanın işğalını başlatmasından sonra 200 min rusiyalı hərbçi ölüb və yaralanıb, 1 milyon rusiyalı səfərbərlikdən qaçmaq üçün ölkəni tərk edib. 

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Baxın görün, Putin nə etdi. Keçən il ərzində Ukraynada 200 min rusiyalı hərbçi qurban verilib. 1 milyondan çox rusiyalı ölkəni tərk edib ki, bu müharibənin tərkib hissəsi olmasınlar. Minlərlə şirkət Rusiyada biznesini dondurub. Qərb və Ukrayna indi heç vaxt olmadığı qədər birləşiblər. Putin NATO-nu böləcəyini düşünürdü, amma əksi baş verdi”, – o bildirib.

Blinken ABŞ-ın tərəfdaşları və müttəfiqləri ilə birgə Ukraynaya dəstək üçün hər şeyi etdiyini söyləyib:

“Mən deyərdim ki, biz hər gün Yerin hər küncündə Ukraynaya uyğun döyüş sursatları axtarırıq”.

İlkin Həsənov
Globalinfo.az