Putin Ərdoğana zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya prezidenti türkiyəli həmkarını yubileyi münasibəti ilə təbrik edib.

Vladimir Putin Rəcəb Tayyib Ərdoğana Moskva ilə Ankara arasında münasibətlərin inkişafına töfhə verdiyi üçün təşəkkürünü bildirib.

Danışıq zamanı iki ölkə arasında münasibətlər də müzakirə olunub.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyiob Ərdoğanın 70 yaşı tamam olur.

Əliyar Xəlil
Globalinfo.az