Dmitry Peskov

Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında baş tutan söhbətə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

O bildirib ki, sözügedən danışıqlar ABŞ və Rusiya prezidentlərinin görüşünün təşkili istiqamətində mühüm addım olacaq.

“Əlbəttə, liderlərin görüşü baş tutacaq. Hər iki prezident açıq şəkildə bu istəklərini təsdiq ediblər”, – deyə Peskov vurğulayıb.

O qeyd edib ki, belə əlamətdar tədbirin yüksək səviyyədə keçirilməsi və konkret nəticələr verməsi üçün diqqətlə hazırlaşmaq lazımdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: